Məktəbdə müəllim dərs zamanı xəsarət aldı - Direktor min manat cərimə olundu

Məktəbdə müəllim dərs zamanı xəsarət aldı - Direktor min manat cərimə olundu
SOSİAL
23:12 18.05.2025
398
Beyləqan şəhər, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru min manat cərimə edilib. Buna səbəb onun dərs zamanı müəllimənin məktəbdə yıxılaraq qolunun qırılması barədə müvafiq qurumlara məlumat verməməsi olub.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, məktəbin tarix müəlliməsi A.İmanova dərs vaxtı ayağı döşəməyə ilişərək yıxılıb. Bu zaman müəllimənin qolu qırılıb. Müəllimənin yıxılmasına səbəb döşəmənin yararsız vəziyyətdə olması olub.

Məktəbin direktoru Gülbəniz Cəfərova hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən min manat məbləğində inzibati qaydada cərimə edilib.

Direktor bu cərimədən narazı qalaraq məhkəməyə müraciət edib. G.Cəfərovanın şikayəti rədd edilib və cərimə cəzası qüvvədə saxlanılıb.
OXŞAR XƏBƏRLƏR