Məktəbdə yanğın: 37 şagird xəsarət aldı

DÜNYA
08:22 06.12.2012
1489
Deputat təhsil nazirini istefaya çəğırıbGüney Azərbaycanın Qərbi Azərbaycan əyalətində qızların təhsil aldığı məktəbdə yanğın olub. Hadisə Piranşəhr şəhəri yaxınlığındakı Şinabad kəndində baş verib. Dərs vaxtı 4-cü sinif şagirdlərinin sinif otağı yanıb. Nəticədə 37 şagird xəsarət alıb. İlkin məlumata əsasən, yanğın neftlə yanan köhnə sobanı sinifdən çıxararkən törəyib. Xəsarəti alan şagird qızlar əyalətin mərkəzində - Urmiyadakı xəstəxanalarda yerləşdirilib. Onlardan 8 – nin sağlıq durumunun ağır olduğu bildirilib.Baş vermiş olaydan sonra deputat Rəsul Xəzri hadisəyə görə məsuliyyəti rəsmilərin daşıdığını söyləyərək, təhsil nazirini istefaya çağırıb.

OXŞAR XƏBƏRLƏR