Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır
SOSİAL
12:30 26.08.2019
2578
Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.

AZXEBER.COM xəbər verir ki, Təhsil Nazirliyindən "trend"ə verilən məlumata görə, nazir Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar. 
OXŞAR XƏBƏRLƏR