Məktəblərdə şagirdlərin nizam-intizam problemi - Deputat çıxış yolunu göstərdi

Məktəblərdə şagirdlərin nizam-intizam problemi - Deputat çıxış yolunu göstərdi
SOSİAL
15:17 09.02.2026
408
"Məktəblər sıradan bir yer deyil. Məktəb həm təlim, həm də tərbiyə mərkəzidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

O bildirib ki, məktəblərin özünün konkret qaydaları mövcuddur:


"Təhsil ocaqlarının özünün konkret normaları və qaydaları var. Hər kəs bu qaydalara əməl etməli, onları reallaşdırmalıdır. Ona görə də məktəblərdə həm geyim, həm də davranış baxımından bütün məsələlərə həssaslıqla yanaşılmalıdır və bu, hamı tərəfindən gözlənilməlidir. Geyim nizam-intizam baxımından yüksək standartlarda olmalı və məktəb forması düzgün şəkildə istifadə edilməlidir”.

Parlamentari vurğulayıb ki, sözügedən prosesdə valideynlərin rolu çox önəmlidir:

"Valideynlər öz övladlarının tərbiyəsinə xüsusi diqqət göstərməli, bu məsələyə daim önəm verməlidirlər ki, bu cür problemlər tez-tez yaranmasın. Biz bu məsələyə olduqca həssas və diqqətli yanaşmalıyıq, çünki əks halda gələcəkdə yeni problemlərlə üzləşə bilərik”.

Deputat qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atmaq vacibdir:

"Bu istiqamətdə ciddi addımlar atmaq və səylər göstərmək lazımdır. Davamlı ünsiyyət, əlaqə və prosesin nəzərətdə saxlanılması böyük əhəmiyyət kəsb edir. Həm müəllimlər, həm məktəb rəhbərliyi, həm də valideynlər bu prosesdə fəal iştirak etməlidir”.

Xatırladaq ki, 7 fevral "İdrak” liseyində şagirdin ov tüfəngi ilə  müəllimə xəsarət yetirməsi təhsil müəssələrində nizam-intizam qaydalarını yenidən gündəmə gətirib. 

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR