Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu

Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu
İDMAN
21:25 11.06.2021
466
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, 36 yaşlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla rumıniyalı Boqdan Daniel Dyakla heç-heçə edib.

Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, rusiyalı Aleksandr Qrişukla birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.

OXŞAR XƏBƏRLƏR