Məmmədyarovla Nalbandyan bu gün Belçikada görüşəcəklər

Məmmədyarovla Nalbandyan bu gün Belçikada görüşəcəklər
SİYASƏT
11:53 11.07.2017
1292
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər.
 
Bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.
 
Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.
 
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏTXarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəkləri açıqlanmışdı.
 
Lakin APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüşün elə əvvəlcədən iyulun 11-də Brüsseldə keçirilməsi nəzərdə tutulub.
 
Lakin Rusiya mətbuatı nədənsə görüşün Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçirilə biləcəyi barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR