"Mən anamı da, atamı da itirmişəm və dövlət himayəsində böyümüşəm" - Rozanın oğlu

"Mən anamı da, atamı da itirmişəm və dövlət himayəsində böyümüşəm" - Rozanın oğlu
SOSİAL
15:17 06.07.2022
491
"Bizə qarşı yox, bizə dəstək olmağa çalışın, mənim keçmişimi bilib-bilmədən yarqılamaq düzgün deyil”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Roza Zərgərlinin oğlu, aktyor Corc Qafarov sosial şəbəkə hesabındakı müraciətdə deyib.

O, qeyd edib ki, uşaq evində böyüdüyü üçün evlə təmin olunub:

"Mən Latviyada doğulmuşam, amma Azərbaycanda böyüdüyüm üçün özümü azərbaycanlı hesab edirəm. Mən bir-iki məsələyə açıqlama gətirmək istəyirəm. Bu, mənə və qardaşıma dövlət tərəfindən mənzilin verilməsi ilə bağlıdır. Birincisi, mənim və qardaşımın evi yoxdur. İkincisi isə, Sosial Xidmətlər Agentliyi daşınmaz əmlakın olub-olmamasını araşdırıb. Biz iki qardaşa ayrı-ayrılıqda mənzillərin təqdim olunması ilə bağlı sənəd imzalayıb. Biz uşaq evində böyümüşük. Bunları deyirəm ki, başa düşəsizin, elə şərhlər yazmayasınız. Dövlət himayəsində böyümüşük, dövlət də bizə çox gözəl baxıb. Oranın məzunu olduğumuz üçün biz dövlət tərəfindən mənzillə təmin olunmuşuq. Çünki mən anamı da, atamı itirmişəm və dövlət himayəsində böyümüşəm. Buna görə də mən mənzillə təmin olunmuşam. Bu da cənab Prezident İlham Əliyevin Sərəncamı ilə olan bir məsələdir. Dövlətimizi təşəkkür edirəm, insanlar, sizə də təşəkkür edirəm, təbriklər üçün”.

Aktyor həmçinin qeyd edib ki, yazılan bəzi şərhlər xoşagəlməzdir:

"Amma bəzi xoşagəlməz şərhlər yazılır, bu, mənim xoşuma gəlmir. Mən uşaq evində qaldığım müddətdə 10 yaşından aktyorluq sənətinə başlamışam. Artıq 18 ildir ki, bu sənətdəyəm. Heç vaxt da kiməsə zərər verməmişəm. Xahiş edirəm, bizə qarşı yox, bizə dəstək olmağa çalışın. Bizim Azərbaycanda hər hansı uğurlarımız varsa, onları işıqlandırmağa çalışın. Mənim gələcəklə bağlı planlarıma dəstək olun. Mənim keçmişimi bilib-bilmədən yarqılamaq düzgün deyil. Bir insan olaraq heç kim məni tanımır, sosial durumumu heç kim bilmir. Mən və qardaşımın evi yoxdur, sağ olsun dövlət ki, bizi mənzillə təmin etdi”.
 
Aydın
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:45 30.06.2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ
13:33 30.06.2025
Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ