Pezeşkian İrana qayıdan kimi maraqlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, İran Prezidenti deyib ki, onu Azərbaycana səfərdən çəkindirməyə çalışıblar:
"Mənə deyirdilər ki, sənin səfərin təhlükələrlə müşahidə oluna bilər. Amma gördüyünüz kimi, problemsiz gedib, problemsiz də qayıtdım. Azərbaycan Prezidenti ilə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə Prezidenti ilə də çox yaxşı və konstruktiv dialoqumuz oldu. Pakistanın Baş naziri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdik”- deyə Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra bildirib.