Müğənni Vüqar Muradov Dövlət Gömrük Komitəsi rəhbərliyinə müraciət edib.
İfaçı xaricdən sifariş etdiyi məhsulların gömrükdə saxlanılmasından şikayətini bildirib:
"20 gündən çoxdur paltarlarım gömrükdə ilişib qalıb. Nədir problem, deyin, bilək? Dövlət Gömrük Komitəsi, mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz, nahaq yerə əziyyət çəkməyin, verin paltarlarımı..”, – deyə o yazıb.
Qeyd edək ki, son vaxtlar xaricdən edilən sifarişlərin gömrükdə ilişib qalması barədə çoxsaylı şikayətlər yayılır. Məhsul Çin və digər ölkələrdən Azərbaycana 8-10 günə çatsa da, gömrükdə günlərlə saxlanıldığı bildirilir.










































