Mərdanın sosial mesajlı anşlaqla keçən konserti - VİDEO

Mərdanın sosial mesajlı anşlaqla keçən konserti - VİDEO
MAQAZİN
13:25 17.11.2025
106
 
Ötən gün müğənni Mərdan Kazımovun solo konserti baş tutub.

AZXEBER.COM xəbər verir ki, Bakıda yerləşən özəl məkanlardan birində anşlaqla baş tutan konsertdə müğənni öz repertuarından sevilən hitlərini bir-birinin ardınca səsləndirib.

Mərdan Xalq artisti Mələkxanım Əyyubova, Orxan Zeynallı, Jay Meel ilə birlikdə duetlərini ifa edib.

Müğənni səhnədən sosial mesajlar verməyi də unutmayıb. O narkomaniya bəlasına, qadın və uşaq ölümlərinə diqqət çəkib. O milli rəqslə rok janrını sintez edərək maraqlı performans  nümayiş etdirib. 

Səbəbkar konsertin gedişatında qazandığı uğurları üçün səhnədən ailə üzvlərinə təşəkkürünü bildirib.
 
Aysel


OXŞAR XƏBƏRLƏR