Mərdəkan yolunda qəza anı kameraya düşdü - VİDEO

SOSİAL
10:36 04.12.2019
5152
Bakıda baş verən dəhşətli yol qəzası kameraya düşüb.

AZXEBER.COM "avtosfer.az”a istinadən xəbər verir ki, hadisə Mərdəkan şosesinin Binə qəsəbəsindən keçən ərazisində baş verib.

Belə ki, "VAZ-2107” markalı avtomobilin sürücüsü geriyə dönmə edir. Ardınca bir neçə yüz metr irəlidə olan yanacaqdoldurma məntəqəsinə daxil olmaq üçün zolağı dəyişmək istəyir.

Bu zaman həm sürəti azaldır, həm də arxadan gələn nəqliyyat vasitəsinin yoluna çıxır. Nəticədə "Toyota Prado” markalı maşın onu vurur.

Qəza zamanı "VAZ-2107” markalı avtomobil bir neçə dəfə fırlanır.

Digər avtomobillərin sürücüləri vaxtında reaksiya verərək qəzaya düşmürlər.

Videonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR