“Mərkəzi Qan Bankı” modulu istifadəyə verildi

“Mərkəzi Qan Bankı” modulu istifadəyə verildi
SAĞLAMLIQ
15:14 15.12.2022
629
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəstəxana İdarəetmə Sisteminin "Mərkəzi Qan Bankı” modulu istifadəyə verilib. Modul qan tədarükü zəncirini gücləndirmək, ehtiyacı olan şəxslərin qan və onun komponentləri ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə yaradılıb. 

AZXEBER.COM xəbər verir ki, bu modul özündə bütün donorların reyestrini cəmləşdirərək donorların düzgün statistikasını formalaşdırır və lazım olduqda qan və onun komponentlərinin müvafiq xəstəxanalara paylaşdırılması mexanizmini tənzimləyir.

İlkin mərhələdə modulun tətbiqinə Milli Hematologiya və Transfuziologiya Mərkəzində (Mərkəzi Qan Bankı) və onun nəzdindəki 8 regional Mərkəzi Qan Bankının bölməsində (Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Quba və Lənkəran) eyni zamanda Bakı şəhərində yerləşən 5 dövlət xəstəxanasında (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Sabunçu Tibb Mərkəzi və Milli Onkologiya Mərkəzi) başlanılıb. Modul vasitəsilə sözügedən tibb müəssisələri arasında qanın paylanılmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin edilir.

Donor olmaq istəyən şəxsin modulda qeydiyyatı şəxsiyyət vəsiqəsinin FİN koduna əsasən aparılır. Qanın və onun komponentlərinin təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə donora keçirdiyi və ya hazırkı xəstəlikləri, ona vurulmuş peyvəndlər, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi və digər suallar ünvanlanır. Daha sonra donorun fiziki müayinəsi aparılır, çəkisi, boyu, nəbzi, qan təzyiqi və hərarəti ölçülür. Qanın laborator müayinəsi zamanı hemoqlobinin səviyyəsi, qan qrupu, rezus mənsubiyyəti, qanda trombositlərin sayı (bu müayinə yalnız aferez trombosit donorluğunda aparılır) və alt qan qrupları təyin edilir. Laborator şəraitdə  donorun qanı İİV (İnsanın İmmunçatışmazlığı Virusu), hepatit B və C virusları, sifilis xəstəlikləri üzrə yeni quraşdırılmış tam avtomatlaşdırılmış cihazda yoxlanılır. Donora verilən sualların cavabları və fiziki müayinənin nəticələri elektron məlumat bazasına daxil edilir.

Modulda qan qrupları və alt qan qrupları üzrə filtrasiya (çeşidləmə) funksiyası var. Bu funksiya Mərkəzi Qan Bankının istənilən bölməsi tərəfindən resipiyent üçün uyğun qan komponentlərinin operativ tapılmasına, vaxtında tibbi xidmətin göstərilməsinə, nəticədə insan həyatının xilas olunmasına və sağlamlığının bərpasına imkan yaradır. Modulun digər bir üstünlüyü istifadə tarixi bitmiş qan komponentlərinin proqram tərəfindən avtomatik müəyyən edilərək istifadədən kənarlaşdırmasıdır.

Eyni zamanda ilk dəfə Mərkəzi Qan Bankının laboratoriyasında Laboratoriya İdarə Sistemi (LİS) vasitəsilə tam avtomatlaşdırılmış avadanlıqlarda icra olunan donorun bütün analizlərinin nəticələri avtomatik olaraq proqrama ötürülür. Bu isə öz növbəsində yanlış nəticələrin və texniki səhvlərin qarşısını alır. 
Qeyd edək ki, moduldan istifadə qaydaları ilə bağlı müvafiq tibb müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO
23:44 26.02.2026
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO