Məşhur türkiyəli aktrisa Müge Boz uzun müddətdir davam edən sağlamlıq problemini ilk dəfə ictimaiyyətlə bölüşüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstriyada detoksifikasiya prosesində olan Boz təxminən 20 ildir ki, psoriaz xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Aktrisa bu xəstəliyinin onun təkcə dərisinə deyil, həm də özünə inamına, sosial münasibətlərinə və peşəkar həyatına dərin təsir etdiyini deyib.
Boz 15 yaşından bəri geyimlərini belə xəstəliyinə uyğun seçdiyini açıqlayıb.
Xatırladaq ki, psoriaz - dərinin xroniki, yoluxucu olmayan iltihabi xəstəliyidir. İmmun sisteminin pozulması nəticəsində dəri hüceyrələri normadan çox sürətli çoxalır və bu da dəridə xarakterik dəyişikliklər yaradır.
Aysel










































