Amerikalı bir paparazzi Los-Ancelesdə məşhur Hollivud aktrisası Demi Murdan polisə şikayət edib. Məşhur aktrisanın manikür etdirməyə getdiyi gözəllik salonunun qarşısında gözləyən paparazzi, aktrisanın fotoşəkillərini çəkmək istədikdə Mur onun üstünə hücum edərək kamerasını almağa çalışdığı zaman jurnalisti yumruqlamaqdan çəkinməyib.Paparazzi aktrisanı onu yumruqlamaqda günahlandırır: "Demi, tamamilə dəli kimi olmuşdu".