Məşhur aktrisa yenidən ailə qurmaq istəyir?

Məşhur aktrisa yenidən ailə qurmaq istəyir?
MAQAZİN
19:49 27.01.2026
582
Aktrisa Üzel Kərimova şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə”də danışıb. Üzel evlənib boşanmağından söz açıb:

"Vaxtında birini sevdim, evləndim. Bizdə alınmadı, ayrıldıq. Nə bir-birimizi təhqir etdik, nə də dava etdik, nə də saç yolduya çıxdı. Aramızda mübahisə olmadı. Oturub danışdıq, olmadığı üçün ayrıldıq. Amma uzun illər çəkən sevgi münasibətimiz olub. Necə deyim ki, səhv idi və boşandım səhv etdim?”.

Aktrisa həmçinin yenidən ailə qurmaqla bağlı sualı da cavablandırıb:

"Bir az çətin olur, artıq fərqli insansan, bir dəfə evlilik keçirmisən. Evliliyin nə olduğunu bilirsən. Necə bir insan istəmədiyini bilirən. Doğru insan qarşıma çıxarsa, niyə olmasın?”.
 

OXŞAR XƏBƏRLƏR