Məşhur aktyor yaratdığı obraz üçün özünü bıçaqladı - FOTOLAR

MAQAZİN
14:12 09.10.2014
1653

"Əsgəri canlandırdığı üçün də həftələrlə duş qəbul etmirdi".

Amerikalı aktyor Shia LaBeouf son filmində daha təbii görünə bilmək üçün üzünü və əllərini bıçaqla kəsib, eyni zamanda dişini çəkdirib.Danimarkalı rejissor Lars von Trier-in son filmi "Nemfomanyak"ın ulduzu Shia LaBeouf alt çənədə, ön sırada yerləşən bir dişini çəkdirib."Fury" filmində canlandırdığı obrazın təbii görünməsi üçün əlindən gələni edən LaBeouf üçün həmkarı Logan Lerman bunları söyləyib:

"Bir gün Shia çəkiliş meydançasında " Sənə komik bir şey göstərimmi? "dedi və cibindəki bıçağı çıxararaq üzünü bıçaqla kəsdi. Əsgəri canlandırdığı üçün də həftələrlə duş qəbul etmirdi".

Filmdə baş rolu oynayan Brad Pitt, "Özünü işə bu qədər həsr edən aktyor görməmişəm. Shia çalışdığım ən yaxşı aktyorlardan biridir" deyib.Shia LaBeouf hadisə yaradan filmi "Nemfomanyak"ın Berlindəki qala gecəsinə, başına kağız kisə keçirərək gəlmişdi. Yalnız gözlərinin göründyüy kisə kağızının ortasına "Im not famous anymore" ("Artıq məşhur deyiləm") sözlərini yazdırmışdı.//oxu.az

OXŞAR XƏBƏRLƏR