Məşhur aparıcı: 'Məcburam sənə qaldığım otel barədə məlumat verməyə?'

MAQAZİN
16:42 10.05.2013
1778
“Brüssel Mədəniyyət Günləri” çərçivəsində Belçikaya dəvət edilən Türkiyənin tanınmış aparıcısı və aktyoru Kənan İşıq polis tərəfindən saxlanılıb. Türk təşəbbüskarların keçirdiyi tədbirdə çıxış etmək üçün bu ölkəyə gedən İşıq sərhəd polisi tərəfindən saxlanıldığını və bir müddət nəzarətdə qaldığını bildirib. Nəzarət məntəqəsində uzun müddət sorğu-sual edildiyini deyən aparıcı bunun sadəcə türk və müsəlman olduğu üçün başına gəldiyini qeyd edib.“Məni yarım saat nəzarətdə saxladılar. Türk və müsəlman olduğum üçün. Niyə gəldin? Hara gəldin? Harda qalacaqsan? kimi suallar verdilər mənə. Niyə gəldimsə gəldim, sənə nə? Bəlkə parkda yatacağam. Mən belə deyəndə, polis hiddətləndi. Məcburam sənə qaldığım otel barədə məlumat verməyə? Polislərdə antidemokrat, faşist bir düşüncə var. Oralarda bu düşüncənin öhdəsindən gələ bilməyiblər. İnsanlara hörmət yoxdur”.

OXŞAR XƏBƏRLƏR