Almaniyanın Onkologiya Elmi-Araşdırma Mərkəzinin rəhbəri professor Mixael Baumann bildirib ki, 2040-cı ildə xərçəngə yoluxma halları dünyada iki dəfə artacaq.
AZXEBER.COM ölkə.az-a istinadən bildirir ki, "Təəssüflər olsun ki, xərçəng xəstəliyinin geniş yayılmasını görəcəyik. 2040-cı ildə yoluxma halları 2 dəfə artacaq", - deyə alman onkoloq qeyd edib.
Mütəxəssisin sözlərinə əsasən, Almaniyada da bu hal artacaq. Amma bəzi ölkələrdə bu artım çox yüksək rəqəmlərə çatacaq.