Məşhur müğənni həbs olunacaq

MAQAZİN
17:28 04.11.2014
2545
Məşhur ispan müğənnisi İzabel Pantoja çirkli pullar cinayətindən 2 il həbsə məhkum edilib.Həbsxanaya düşməmək üçün aylardır mübarizə aparan sənətçi məhkəməni uduzub. Ali məhkəmə ifaçının həbsinə qərar verib. Proses zamanı İzabelin heç bir cinayətdə kiminləsə əlbir olmadığını söylədiyi, günahını boynuna almadığı və peşman olmadığı deyilir.Qəbul edilən digər qərara əsasən, İ.Pantoja əlavə olaraq təyin olunmuş 1 milyon 147 min 148 avro dəyərindəki cərimə məbləğini hissə-hissə ödəyə bilər.“Malaqa prosesi” kimi tanınan korrupsiya cinayətində şəhərin bələdiyyə rəhbəri, həyat yoldaşı və bir neçə əlaqədar şəxs tutularaq həbsxanaya göndərilib. İzabelə qarşı isə bir zamanlar münasibətdə olduğu bələdiyyə başçısına köməklik göstərmək ittihamı irəli sürülür.
OXŞAR XƏBƏRLƏR