Məşhur müğənni Pol Makkartni Braziliyanın Qoyani şəhərində konsert verən zaman çəyirtkə hücumuna məruz qalıb.
Çoxlu sayda həşərat səhnə üzərində dövr etməyə başlayıb, onlardan bəziləri isə öz bəstəsini ifa edən müğənnini üzərinə qonub.AZXEBER.COM-un Lenta.Ru-ya istinadən veridyi xəbərə görə, çəyirtkə hücumu ser Polun çıxışına mane olmayıb və şou üç saata yaxın davam edib.“The Beatles” qrupunun keçmiş iştirakçısı çiyninə qonan həşəratlardan biri ilə hətta tanış olmağa da macal tapıb. Müğənni çəyirtkəni Qarold adlandıraraq onu tamaşaçılara (konsertdə təqribən 47 min adam iştirak edib) təqdim edib. Makkartni “Hey Jude” mahnısını oxuyan zaman isə Qarolddan çiynindən durmağı və uçub getməyi xahiş edib.