Məşhur müğənninin oğluna Xalq artisti adı verildi

MƏDƏNİYYƏT
20:00 25.06.2014
3571
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilməsilə bağlı sərəncam imzalayıb:
“Xalq artisti”
Qəniyev Heydər Anatollu oğlu – gizir
“Əməkdar incəsənət xadimi”
Kərimov Anar Elman oğlu – polkovnik-leytenant
Axundzadə Rüfət Yusif oğlu – mayor
“Əməkdar artist”
Hacıyev Rafiq Cəlil oğlu – mayor
“Əməkdar həkim”
Həsənov Qurban Qeybqulu oğlu – tibb xidməti polkovniki
“Əməkdar müəllim”
Abbasov Abbas Fətulla oğlu
Bağırova Təyibə İbrahim qızı.

OXŞAR XƏBƏRLƏR