Məşhurların intim şəkillərini internetə yerləşdirən 36 yaşlı şəxs həbs edildi - FOTO

Məşhurların intim şəkillərini internetə yerləşdirən 36 yaşlı şəxs həbs edildi - FOTO
DÜNYA
17:44 18.12.2012
7720
Hollivud aktrisası Skarlet Yohansonun intim şəkillərini oğurlayan haker 10 il həbs cəzası alıb. Bundan əlavə, həmin şəxs-Kristofer Çeyni 76 min dollar dəyərində cərimə ödəməlidir.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlkumata görə, ABŞ məhkəməsi hakeri 10 il azadlıqdan məhrumetmə və cərimə ilə cəzalandırıb.Los- Anceles federal məhkəməsi 36 yaşlı Florida sakininə 6 il həbs cəzası oxusa da, məhkəmə daha sərt qərar qəbul edib. Bundan əlavə, Çeyni Skarlet Yohansona 66 min dollar və daha iki nəfərə aktrisa Rene Ostid və müğənni Kristina Aqileriyaya isə 5 min dollar ödəməli olub.Əvvəlcə 26 maddə ilə ittiham olunan Çeyni bu hesabla 121 il həbs oluna bilərdi. Çeyni 2010-cu ilin noyabrından 2011-ci ilə qədər 50-dən artıq məşhurun elektron poçtuna daxil olub. Sonra internetdə onlardan bəzilərinin intim şəkilləri meydana çıxıb. Mart ayında isə Çeyni öz günahını 9 maddə üzrə boynuna alıb.Məlum olub ki, mahiyyətcə Kristofer Çeyni haker olmayıb. O, çox primitiv üsullarla ulduzların elektron ünvanlarına daxil ola bilib. Bloqlardan ulduzların elektron ünvanlarını öyrənib, sonra unudulan parol yerindən “ananızın qızlıq familyası”, “birinci sinif müəlliminizin adı ”, “sizin məktəbdə ləqəbiniz” kimi suallara bir-bir cavab verməklə poçtlara daxil ola bilib.Qeyd edək ki, Çeyninin oğurladığı şəkillər aktrisanın keçmiş həyat yoldaşı Rayan Reynolds üçün nəzərdə tutulub. Lakin keçən ilin sentyabrında şəkillərini internetdə görəndə qəzəblənən aktrisa məhkəməyə müraciət edib və bununla araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR