Messi: ''Barselona'da karyeramın sonuna kimi oynamaq istəyirəm'

İDMAN
21:05 08.01.2012
1727

Lionel Messi karyerasını “Barselona”da bitirmək istədiyini bəyan edib. AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu açıqlaması ilə futbolçu haqqında gəzən söz-söhbətlərin yalan olduğuna işarə edib. O deyib:  "Özümü başqa komandada təsəvvür edə bilmirəm. Mən dünyanın ən yaxşı komandasında oynayıram və bu komandayla müqayisə olunacaq başqa komanda tanımıram. Mən burda karyeramın sonuna kimi oynamaq istəyirəm. Burdan o vaxt gedərəm ki, komandaya lazım olmasam. Mən burda özümü doğma evimdəki kimi hiss edirəm, çünki burda böyümüşəm və "Barsa"da ayağa qalxmışam."

Qeyd edək ki, bu yaxınlarda bəzi mətbuat orqanlarına Messinin “Barsa”dan ayrılmaq istədiyi barədə məlumatlar yer almışdı.

OXŞAR XƏBƏRLƏR