"Meta" avstraliyalıların fotolarından icazəsiz istifadə etdiyini etiraf etdi

DÜNYA
14:57 11.09.2024
142
"Facebook” və "Instagram”ın sahibi Meta sosial mediada açıq şəkildə paylaşan avstraliyalı istifadəçilərin fotolarından süni intellekt modelinin hazırlanması və inkişafı üçün istifadə etdiyini etiraf edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,  "Meta"nın məxfilik siyasəti meneceri Melinda Claybaugh bildirib ki, Avropadakı istifadəçilərə "razılıq verməmək" variantının təklif edilməsinin səbəbi onların "olduqca ətraflı qanunvericilik bazasına" riayət etmələri ilə bağlıdır.

18 yaşdan yuxarı istifadəçilərin və ictimai hesablardakı yazıların süni intellektin təlimi üçün istifadə edildiyini qəbul edən Claybaugh, gələcəkdə Avstraliyada "icazə verməmək" variantının tətbiq edilib-edilməyəcəyi ilə bağlı şərh verməyib.

Claybaugh-un açıqlamasından sonra danışan avstraliyalı senator Tony Sheldon hökuməti texnologiya şirkətlərinin qanunlara əhəmiyyət vermədən istədiklərini etmələrinin qarşısını almaq üçün addımlar atmağa çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR