Meta-dan Instagram-ın bloklanması ilə bağlı AÇIQLAMA

Meta-dan Instagram-ın bloklanması ilə bağlı AÇIQLAMA
DÜNYA
16:14 05.08.2024
169
Meta sözçüsü İnstaqram xidmətlərini Türkiyədə yenidən işə salmaq üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 2 avqustda Türkiyə bütün vətəndaşlara İnstagrama girişi bloklayıb. 
 
Qadağanın səbəbi rəsmən açıqlanmasa da, Kommunikasiya Direktoru Fahrettin Altun çərşənbə günü X-də verdiyi açıqlamada İnstaqramı Haniyənin öldürülməsindən sonra başsağlığı mesajlarını blokladığına görə bağlandığını bildirib. 

Meta sözçüsü bu gün verdiyi açıqlamada: "Türkiyədə Instagram-a girişin bloklanması səbəbindən milyonlarla insan gündəlik olaraq ailələri və dostları ilə ünsiyyət qurmaqdan məhrum qalıb. Xidmətlərimizi yenidən əlçatan etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik".
 
Oksana

 

OXŞAR XƏBƏRLƏR