“Metamorfoz”un təqdimatı keçirilib - FOTOLAR

MƏDƏNİYYƏT
15:12 20.04.2015
1941

Aprel ayinin 18-i Azərbaycan Milli İncəsənət Muzeyində Mənzər Haciyeva və Nərminə Vəliyevanın Metamorfozadlıbirgə layihələrinin təqdimatı keçirilib.AZXEBER.COM xəbər verir ki, Mənzər Hacıyeva New York Universitetinin məzunudur. 

Gənc dizayner moda sahəsində artıq bir cox ölkələrdə tanınır. O Michael Kors, Lanvin, Zak Posen, Narciso Radrigues kimi məşhur dizaynerlərin studiyalarında çalışmışdır.Nərminə Vəliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun Rəyasət Heyətiniun üzvüdür. Bir çox beynəlxalq rəsm müsabiqələrinin qalibidir.Alman rəssamı Stephan Geisler tərəfindən Almaniyada dərslər almışdır. 

Həmçinin Alman rəssamıİnga Shmit tərəfindən ustad dərsləri almışdır. Sərgiləri Amerika, Almaniya, İtaliya və bir çox ölkələrdə keçirilmişdir. Əsərləri bir çox şəxsi kolleksiyalarda saxlanılır. Gənc rəssam Nərminə Vəliyevanın yaradıcılığı barədə iki sənədli film çəkilmişdir. Aprel ayında Nərminə Vəliyevanın əsəri Amerikada ipone və ipad qablarında yerləşdirilmişdir. İki gənc istedadlı xanım öz proyektlərində qadınların hiss və duyğularını əks etdirmişdilər. Dizayner Mənzər Hacıyeva öz geyimləri ilə xanımların dəyişən obrazlarını həyatın müxtəlif etaplarında göstərməyə çalışmışdır. Rəssam Nərminə Vəliyeva əsərlərində Orxoz qadınlar təsvir etmişdir. Orxoz qədim yunan sözü olub və tərcümədə yumurta deməkdir. Bu da qadınların həyatın başlanğıcı, yeni doğuluş, həyat simvolu olmasına işarə edir. Əsərlərdə qadın hissələrinin, duyğularının müxtəlif çalarları əks edilmişdir. 

Təqdimat mərasimində Mənzər Hacıyevanın geyimləri Nərminə Vəliyevanın tabloları ilə harmoniya yaratdı. Muzeyin direktoru Cingiz Mustafayev gənc və istedadlı xanımları təbrik etdi. Xalq rəssamı professor Salhab Məmmədov tələbəsi Nərminə Vəliyevani cox istedadlı rəssam kimi tanıdığını və onun Azərbaycan incəsənətində özünəməxsus bir yolu olduğunu gələn qonaqların diqqətinə çatdırdı. Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov Nərminə xanımı və Mənzər xanımı birgə layihə münasibəti təbrik edib və onlara uğurlar arzulayıb. Sərgidə 20 geyim modeli və 15 rəsm əsəri nümayiş olunub. Təqdimat mərasimi maraqla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR