Metro sərnişinlərinə - ŞAD XƏBƏR

Metro sərnişinlərinə - ŞAD XƏBƏR
İQTİSADİYYAT
17:05 14.05.2014
4744
Qatarlar yenilənəcək.
Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb.
“Alstom Transport SA” ilə imzalanan Memoranduma əsasən Bakı Metropoliteninin istər yeni inşa olunan “Bənövşəyi”, istərsə də əvvəlki (“Yaşıl” və “Qırmızı”) xətlərində istifadə edilmək üçün yeni, müasir vaqonların alınması nəzərdə tutulub.
AZXEBER.COM gün.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
“BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC arasında imzalanan 2 Anlaşma Memorandumunun ilkində “28 May” stansiyasının yenidən qurulması (“Qırmızı” və “Yaşıl” xətlərin ayrılması) işlərinin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Qırmızı” xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) “Yaşıl” xətt (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 May” stansiyasında kəsişir və bu da öz növbəsində hər iki xətt üzrə hərəkət edən qatarların sərbəst hərəkət etməsində müəyyən çətinliklər yaradır.
Digər Memoranduma görə isə “Yaşıl” xəttin davamı olaraq “Xətai” stansiyası ilə “Həzi Aslanov-2” stansiyası arasında bir neçə stansiyanın inşası nəzərdə tutulub.
Növbəti 2 Anlaşma Memorandumu isə “THALES S.A” şirkəti ilə imzalanıb. Birinci sənəd Bakı Metropoliteninin texnoloji cəhətdən gücləndirilməsi istiqamətində əməkdaşlığın əsasını qoymaq məqsədilə imzalanıb.
Belə ki, “Bənövşəyi” xətdə (“Avtovağzal”, “Memar Əcəmi-2” st.) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə edilməsi planlaşdırılır.
Həmçinin gələcəkdə inşa olunacaq yeni stansiyalarda da bu sahədə mövcud ən müasir avadanlıqların, işarəvermə və idarəetmə sistemlərinin tətbiq olunması nəzərdə tutulub.
Digər sənəddə isə təlim və tədris proseslərinin həyata keçirilməsi nəzərdə tutulub. Tərəflər bu Anlaşma Memorandumunu həyata keçirməklə Bakı Metropoliteninin təlim və tədris imkanlarının inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığı gücləndirmək arzusundadırlar.
Qeyd edək ki, “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləri ilə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və 2-3 ay müddətində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?