Meksikanın Monterrey şəhərindəki ictimai nəqaliyyatda Luna Bella adlı erotik rəqs ifaçısı striptiz şou göstərib.
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Luna Bella ölkənin ən iri şəhərlərindən biri olan Monterreydəki metro vaqonlarının birində striptiz oynamaqla sərnişinləri təəccübləndirib. İdman paltarında olan rəqqasə əvvəlcə heç kimin diqqətini cəlb etməyib, sonra isə o qəfildən ayağa qalxaraq soyunmağa başlayıb və öz şousuna start verib.
Cazibədar rəqqasənin şousu 4 dəqiqə davam edib, 4 dəqiqədən sonra sərnişinlərdən biri ona yaxınlaşaraq rəqsini dayandırmağı tələb edib, çünki metro vaqonunda uşaqlar da olub.
Striptizçi sonradan bildirib ki, onun metroda striptiz oynamağına səbəb əslində başqa bir şey olub, o bununla insanlara ictimai nəqliyyatda mühafizənin necə pis olduğunu göstərmək istəyib.
Qeyd edək ki, Luna Bella tez-tez belə fəaliyyəti ilə gündəmə gəlir, o, fevral ayında Meksikadakı universitetlərdən birində striptiz-şou göstərmişdi.