Avropanın 27 ölkəsi meymunçiçəyi virusuna qarşı peyvənd olunacaq.
AZXEBER.COM xəbər verir ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizə davam edərkən, son həftələrdə təsirini hiss etdirməyə başlayan meymunçiçəyi virusu da insanlar arasında yayılmağa başlayıb.
Virus Afrika-Avropa ölkələrində görünməyə başladığı üçün tədbirlər sərtləşdirilib.
İspaniyanın səhiyyə naziri Karolina Darias Avropa İttifaqına üzv olan 27 ölkənin meymunçiçəyi xəstəliyinə qarşı peyvənd və dərmanlar almağa qərar verdiyini açıqlayıb.
İspaniyalı nazir peyvəndin hansı yaş və xəstə qruplarına tətbiq ediləcəyi barədə hələlik məlumat verməyib.
Qeyd edək ki, Avropada yoluxma hallarının ən çox olduğu ölkə İspaniyadır. Nazirliyin son məlumatlarına görə, İspaniyada 59 təsdiqlənmiş meymunçiçəyi yoluxması var.