Meymunçiçəyinə yoluxan şəxs xəstəxanadan qaçdı

DÜNYA
13:53 09.06.2022
626
Meksikada meymunçiçəyinə yoluxmuş şəxs xəstəxanadan qaçıb.

AZXEBER.COM xəbər verir ki, Meksika rəsmiləri meymunçiçəyi diaqnozu qoyulan ABŞ vətəndaşı xəstənin xəstəxanadan qaçdığını açıqlayıb.

Bildirilib ki, Meksikanın Xalisko ştatının Puerta Vallarta şəhərində ABŞ vətəndaşı olan 48 yaşlı kişi mayın 30-da öskürək, titrəmə, əzələ ağrısı və bədənində dəri səpgiləri əlamətləri ilə xəstəxanaya müraciət edib. Meymunçiçəyi virusu şübhəsi ilə müalicə altına alınıb. Bildirilib ki, xəstəxanada təcrid olunmuş və dəqiq diaqnoz üçün müayinə olunan xəstə səhiyyə orqanlarının nəzarətdə qalması ilə bağlı bütün xəbərdarlıqlarına baxmayaraq, xəstəxanadan qaçıb.

ABŞ-lı xəstənin ölkəsinə qayıtmaq üçün biletinin olduğu və xəstəxanadan qaçdıqdan sonra evə getdiyi təxmin edilir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR