Meymunçiçəyinə yoluxan xəstə: "Hər kəs peyvənd olunsun"

SAĞLAMLIQ
13:07 05.07.2022
653
Meymunçiçəyi virusuna yoluxan Matt Ford adlı şəxs insanları peyvəndə çağırmaq üçün "Tiktok" platformasında video paylaşıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Matt Ford adlı şəxs meymunçiçəyi virusuna yoluxandan sonra təcrübəsinə əsaslanaraq insanları maarifləndirməyə və peyvənd olunmağa çağırmaq üçün "Tiktok"da video paylaşıb.
 
Videoya həmin gündən etibarən 250 min baxış gəlib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin dediyinə görə, hər kəs meymun çiçəyi xəstəliyinə tutula bilər, lakin qlobal epidemiyada halların əsas hissəsi gey və biseksual kişilər arasındadır.

30 yaşlı Ford xəstəliyə necə yoluxduğunu bildirib:
 
"Mən əvvəlcə bədənimdə bir neçə kiçik ləkəni müşahidə etdim, o ləkələr sonradan sızanağa və batıq tüklərə bənzəməyə başladı. Bir müddət sonra isə daha da böyüdülər və ağrılı olmağa başladılar. Sızanaqlar böyüməyə başlayandan sonra isə test üçün Qərbi Hollivuddakı klinikaya getdim".
  
Ford şiddətli ağrılarının olduğunu da qeyd edib:
 
"Bəzi gecələr o qədər ağrılarım olurdu ki, həkim verdiyi ağrıkəsiciləri qəbul etməli olurdum. Ağrıkəsicilərdən sonra nəhayət yata bilirdim”.
  
Oksana


OXŞAR XƏBƏRLƏR