M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

MƏDƏNİYYƏT
22:10 20.03.2024
720
Azərbaycan ədəbiyyatının, ictimai-siyasi, fəlsəfi və ədəbi-tənqidi fikrinin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək.

AZXEBER.COM xəbər verir ki, bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova söyləyib.

"Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi, maarifçi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah” əsəri dünyanın ən böyük teatrı hesab edilən və mənim də aktyor-rejissor kimi fəaliyyət göstərdiyim İstanbul Şəhər Teatrlarının bədii şurasında böyük səs çoxluğu ilə qəbul olundu”, - deyən Məlahət Abbasova bunun özü üçün böyük sevinc və qürurverici hal olduğunu bildirib.

Dahi şəxsiyyətlərimizdən olan M.F.Axundzadənin əsərlərinin Azərbaycan teatrının inkişafında böyük rol oynadığını xatırladan aktrisa deyib: "Bu gün dünyanın ən böyük kitabxanasının yerləşdiyi İstanbul Şəhər Teatrlarında Axundzadənin əsərinin olmaması mənə görə böyük bir çatışmazlıqdır. Artıq 33 ildir yaradıcılığım demək olar ki, bütünlüklə Azərbaycan teatrının və teatr əsərlərinin təbliğinə həsr olunub. Bu, mənim üçün bir missiyaya dönüb. Artıq İstanbuldaki bu kitabxanamızda Mirzə Fətəli Axundzadənin da əsərinin yer alması çox sevindirici haldır. Əsəri səhnəyə qoymaq üçün tanınmış aktyor və rejissor, Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzovu dəvət edəcəyik”.

Türkiyədə fəaliyyəti müddətində İstanbul Şəhər Teatrlarının kitabxanasına 15-dən çox Azərbaycan əsərini qazandırdığını qeyd edən Məlahət Abbasova bu əsərlərin İstanbulda səhnəyə qoyulduğunu və nümayiş olunan tamaşalara görə böyük mükafatlara layiq görüldüklərini deyib.

"Ən son səhnələşdirdiyim tamaşa dahi Hüseyn Cavidin "İblis” əsəri əsasında hazırlanmışdı. Bu tamaşa Türkiyədə çox böyük səs gətirdi. Axundzadənin bu əsərinin də böyük əks-səda yaradacağına inanıram. Mənim üçün ən böyük sevindirici hal isə bu əsərin 2024-2025-ci illər repertuarına salınması oldu. Bundan sonrakı fəaliyyətlərimdə də dahi mütəfəkkirlərimizin, klassik yazıçılarımızın əsərləri yer alacaq, bu əsərləri bədii şuraya təqdim edəcəyik. Fikrimcə, sırada böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin "Ölülər”, "Dəli yığıncağı” əsərləri var. Bu əsərlərlə bağlı yenilikləri tamaşaçılarımızla paylaşmağı səbirsizliklə gözləyirəm”, - deyə müsahibimiz əlavə edib.

Məlahət Abbasova bildirib ki, İstanbul Şəhər Teatrlarına təqdim olunan bütün Azərbaycan əsərləri, eyni zamanda, Türkiyə Respublikası Dövlət Teatrlarının da bədii şurasına təqdim olunur və orada da qəbul edilir. Bu da əsərlərimizin, sadəcə, İstanbul teatrlarında deyil, eyni zamanda, Türkiyə teatrlarında da səhnəyə qoyulmasına imkan yaradır və hazırda bununla bağlı danışıqlar gedir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq