“Microsoft” “Winamp”ı almaq niyyətindədir

İQTİSADİYYAT
15:18 22.11.2013
1310

“Microsoft” korporasiyası “Winamp” pleyerini satın almaq istəyir.

AZXEBER.COM “TechCrunch” bloquna istinadən xəbər verir ki, bunun üçün korporasiya “AOL” internet şirkəti ilə danışıqlar aparır.“Microsoft” şirkəti “Winamp”la yanaşı, həmçinin “AOL” korporasiyasına məxsus axın audiosu və videoyayımın təşkili üçün “SHOUTcast” platformasını almaq istəyir.Bu xidməti “Winamp” pleyerini yaratmış “Nullsoft” şirkəti hazırlayıb.İki şirkət arasındakı danışıqların hələ başa çatmadığı əsas gətirilərək sazişin dəyəri açıqlanmır.Qeyd edək ki, “AOL” korporasiyası “Nullsoft” şirkətini 1999-cu ildə 80 milyon dollara satın alıb. “AOL” korporasiyası noyabrın 20-də “Winamp” layihəsi və onunla bağlı xidmətlərini bağlayacağını elan edib. Pleyerin saytı dekabrın 20-də fəaliyyətini dayandıracaq.“Winamp” 1997-ci ildə yaradılıb və fayl mübadilə xidmətlərinin yüksək inkişafı fonunda populyarlıq əldə edib. Axın media xidmətlərinin yaranması ilə pleyerin auditoriyası kəskin azalıb.

OXŞAR XƏBƏRLƏR