Vergilər Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanıb.
AZXEBER.COM İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, "Lexus-Bakı" MMC bununla bağlı keçirilən tenderin qalibi olub. Fevralın 5-də Vergilər Nazirliyinin "Lexus-Bakı" MMC ilə imzaladığı satınalma müqaviləsinin dəyəri 239 min manat təşkil edib.
Qeyd edək ki, bir müddət öncə mətbuatda Mikayıl Cabbarovun prezidentin yerli avtomobillərdən istifadə edilməsi üçün səsləndirdiyi çağırışa qoşularaq işə Naxçıvan istehsalı "Naz Lifan"la gedib-gəldiyi yazılmışdı.