“Milan” Avroliqadan uzaqlaşdırıldı - Rəsmi qərar

“Milan” Avroliqadan uzaqlaşdırıldı - Rəsmi qərar
İDMAN
15:30 28.06.2019
4726
İdman Arbitraj Məhkəməsi (CAS) "Milan"ı Avropa Liqası yarışından kənarlaşdırıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, buna klubun maliyyə "fayr-play"ini pozması səbəb olub. Bir müddət idi ki, məsələ ilə əlaqədar "Milan"la UEFA arasında hüququ mübahisə davam edirdi.

CAS-ın qərarına görə, tərəflər arasında razılaşmaya əsasən, İtaliya klubu yeni mövsümdə Avropa Liqasına buraxılmayacaq. Bu müddətdə klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.

Beləliklə, "Milan" Avroliqaya buralmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı "Roma" təmsil edəcək, "Torino" isə təsnifat mərhələsində oynayacaq.
OXŞAR XƏBƏRLƏR