Millət vəkili "Xəzər" TV-ni kəskin tənqid etdi

MARAQLI
10:23 08.04.2011
2232

“Adam elektron KİV-lərə, radiolara qulaq asır və dəhşətə gəlir. Əsas informasiya dilini Azərbaycan televizyası və radiosu qoruyub saxlayır. Təklif edirəm ki, digər TV və radiolar, mətbu orqanlar burdan dərs götürsünlər”.

“Mən uzun zamandır ki, televizyaların rəhbərləri ilə bu məslələrlə bağlı telefon danışığı aparıram ki, dilimizi bu günə salmayın. Onlar-bəziləri hələ də ibrət dərsi götürməyiblər. Konkret ad çəkmək istəyirəm. “Xəzər” televiziyasının aparıcılarının nə danışdıqları başa düşülmür. Başa düşə bilmirsən hansı dildə danışırlar. Hər bir xəbərdən, hətta balaca xəbərdən böyük şou düzəldirlər. Onlar elə hay-həşir salırlar ki, adam qaçıb gizlənməyə yer axtarır, dəhşətə gəlir ki, görəsən nə olub”-deyə B.Muradova telekanalı ittiham edib.

O, müvafiq qurumlardan bununla bağlı ölçü götürülməsini tələb edir.

“Tələb edirəm ki, bu məsələlərlə bağlı ölçü götürülsün. Milli Teleradio Şurasının rəhbəri ilə əlaqə saxlamışam, dil qurumuna müraciət etmişəm. Amma onların danışığından belə çıxır ki, bu məsələlərin həllində gücləri yetərli deyil. Çünki dillə bağlı onlara hər hansı səlahiyyət verilməyib”.
Millət vəkili spiker Oqtay Əsədova bununla bağlı araşdırma aparmaq üçün Milli Məclisin müvafiq komitələrinə göstəriş verməsini xahiş edib.

 

OXŞAR XƏBƏRLƏR