AZXEBER.COM-un məlumatına görə, yeni qərarlar Dumada işləyən hər kəsə aid ediləcək. Millət vəkilləri, onların köməkçiləri və digər işçilər də qaydalara uyğun davranmalı olacaqlar.
Qaydalara görə, millət vəkilləri rəsmi, açıq-saçıq olmayan geyimlər seçməlidirlər. Bu isə açıq-saçıq və mini geyimlərin sonu deməkdir.
Qəbul edilən qərarlardan sonra vəkillərin bir-birilə münasibəti də tənzimlənəcək. Belə ki, kobud və nəzakətsiz danışan vəkillərə xəbərdarlıq ediləcək.
Yeni dəyişikliklər həm də Duma nümayəndələrinin jurnalistlərlə əlaqəsiniminimuma endirməsini və bütün müraciətlərin mətbuatla əlaqələr şöbəsinə edilməsini ehtiva edir.