“Milla Dairy” böyük məbləğdə cərimələnə bilər

İQTİSADİYYAT
14:30 16.12.2024
395

"Milla” brendi adı altında süd məhsullarının istehsalı ilə məşğul olan "Milla Dairy” MMC valyuta tənsimi qaydalarını pozub. MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

AZXEBER.COM Tribunainfo.az-a istinadən xəbər verir ki, "Milla Dairy” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MMC ilə bağlı işə Abşeron rayon Məhkəməsində baxılır. Başladılmış işlə bağlı iki proses keçirilsə də, heç bir nəcitə əldə edilməyib. Növbəti proses 2025-ci ilin 13 yanvar tarixində təyin edilib. Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, "Milla Dairy” 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əvvəlki adı "AZ FP CO LTD” MMC olub. Şirkət ötən il rebrendinq edərək adını "Milla Dairy” MMC-yə dəyişdirib. 233 213 155.90 manat nizamnamə kapitalına malik olan "Milla Dairy” MMC-nin qanunin təmsilçisi Vahab Zadə Azər Adil oğludur.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb