Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

SİYASƏT
13:26 30.12.2023
400
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib.

Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.
OXŞAR XƏBƏRLƏR