Milli Məclisdə 2014-cü ilin büdcə zərfinə daxil olan sənədlər qəbul edildi.
AZXEBER.COM xəbər verir ki, maliyyə naziriSamir Şərifov bildirib ki, büdcə layihəsinin xərcləri artırımayıb.“Yalnız büdcə xərclərinin strukturunda dəyişiklik edilib. Milli Məclisin maddi texniki bazasının möhkəmlənməsinə 752 min verilməsinə qərar verilib. Siyasi partiyalara ayrılan vəsaitin artırılması ilə bağlı təkliflər isə belə həll olunmalıdır.
Hazırda siyasi partiyalara ayrılan vəsaitin 10 faizi istifadə olunmamış qalır. Həmin vəsaitin siyasi partiyalar haqqında qanuna dəyişiklik edilərək növbəti ilin büdcəsinə daxil edilə bilər”.Nazir bildirib ki, bu balanslaşdırılmış büdcədir.Büdcənin gəlirləri 18 mlrd. 384 mln. manat ( 2013-cü illə müqayisədə 775 mln. manat və ya 4 % az, 2012-ci ilin faktiki icrasına nisbətən 1102,5 mln. manat və ya 6,4 % çox), xərcləri isə 20 mlrd. 63 mln. manat (2012-ci ilin faktiki icrasına nisbətən 15,2 %, 2013-cü ilə nisbətən 1,1 % çox) həcmində təsdiqlənibr.