Qurum prezident seçkilərinə Cəmil Həsənlinin namizədliyi ilə qatılacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə qərar Milli Şuranın avqustun 23-də keçirilmiş sessiyasında qəbul edilib.Səsvermədə iştirak edən 75 nəfərdən 73-ü C.Həsənlinin Milli Şuranın prezidentliyə namizəd seçilməsinin lehinə səs verib. Sessiyanın gedişində Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) Rüstəm İbrahimbəyovun namizədliyinin saxlanmasına çağıraraq, C.Həsənlinin namizədliyinin əleyhinə çıxıb.