Mingəçevirdə qətl hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, şəhərin "Energetik" yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.
Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma başladılıb.