Mirça Luçesku: "Ukrayna Premyer Liqasını bərpa etmək mümkünsüzdür"

Mirça Luçesku: "Ukrayna Premyer Liqasını bərpa etmək mümkünsüzdür"
İDMAN
18:51 05.04.2022
499
"Hazırkı çempionatı bərpa etmək mümkün olmayacaq".

Bunu Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku "Digisport"a müsahibəsində bildirib.

77 yaşlı mütəxəssis komandasının Rumıniyada məşq etməsinin müsbət hal olduğunu bildirib: "Bu, futbolçuların növbəti oyunlara hazırlaşmasına köməklik edəcək. Bizim yoxlama oyunlarımız humanitar səbəblərdən baş tutacaq. 4 milyondan çox ukraynalı ölkəni tərk edib. Biz onların çoxuna kömək edirik. Matçlarımız pul yığmağa kömək edəcək. Lakin bu, həm də prestij məsələsidir. Bu səbəbdən, oyunçular yaxşı hazırlaşmalıdırlar".

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. 18 turdan sonra "Şaxtyor" (Donetsk) komandası 47 xalla birinci, Kiyev "Dinamo"su isə 45 xalla ikinci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR