Mirzə Ələkbər Sabirin sözlərinə toy mahnısı yazan Asif Kərimov danışdı - VİDEO

Mirzə Ələkbər Sabirin sözlərinə toy mahnısı yazan Asif Kərimov danışdı - VİDEO
MAQAZİN
12:53 26.11.2025
149
Müğənni Kəmalə Qaramollayeva yeni layihəsini təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, bəstəkarı və layihə rəhbəri Asif Kərimovun olduğu mahnı tənqidlərə məruz qalıb.
 
Buna səbəb isə mahnıda Mirzə Ələkbər Sabirin şerinin təhrif olunaraq satirik halda istifadə olunması olub.
 
"Gün ortası" verilişində qonaq olan Asif Kərimov Kəmaləni müdafiə edərək bu mahnının toylarda oxunacağını və sosial mesaj verəcəyini iddi edib:
 
"Mahnının 30 saniyəsini dinləyib rəy bildirmək asanddır. O mahnı muğam üzərində qurulub. Bunun ideyası Kəmalədən gəlib. Səbəb də azyaşlı qızların yaşlı kişilərə ərə verilməsi haqda yayılan xəbərlər idi. Bu mahnı sosial mesaj xarakterlidir, toylarda oxunmalıdır, insanlara sosial mesaj ötürməlidir. Bu mahnı sizə görə "məzələnmək"dir, mənə görə isə belə deyil".
 
Aysel 
 

OXŞAR XƏBƏRLƏR