Mixaylo Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi"

Mixaylo Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi"
DÜNYA
19:46 02.02.2024
222
Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, ona görə də müəyyən problemlər olub: "Bəli, müəyyən taktiki səhvlər olub, hərbi və siyasi rəhbərlik bu barədə danışır”.

M.Podolyak Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla həmfikir olduğunu diqqətə çatdırıb: "Ukrayna qalib gəlmək üçün yalnız müdafiə ilə kifayətlənə bilməz. Konkret strategiya olmalıdır”.

Prezident Ofisinin müşavirinin sözlərinə görə, rəsmi Kiyev fəal hücuma keçməlidir.
 
///Report
OXŞAR XƏBƏRLƏR