Mobil telefonların satış tempi zəifləyir

MARAQLI
15:08 19.01.2012
1283

Buna səbəb iqtisadi vəziyyətin qeyri-sabitliyi və Avropanın borc böhranı içində olmasıdırMobil aparat istehsalçıları 2012-ci ildə bazarda satışın artım tempinin azalması ilə əlaqədar olaraq ciddi rəqabətlə qarşılaşmalı olacaqlar. Belə ki, analitiklər bayramqabağı mövsüm ərəfəsində mobil telefon və smartfonların nisbətən az satılmasına işarə edirlər. Buna səbəb iqtisadi vəziyyətin qeyri-sabitliyi və Avropanın borc böhranı içində olmasıdır.

Kompulenta-nın məlumatına görə, yalnız Apple və Samsung şirkətləri yeni qurğu modellərinin istehsalı sayəsində hələ ki bazarda satışı yüksək səviyyədə saxlamağa nail olurlar. Ekspertlər hesab edirlər ki, 2011-ci ilin üçüncü rübündə iri smartfon istehsalçısı statusunu itirən Apple şirkəti iPhone 4S modelinin yaxşı satılması hesabına liderliyi yenidən özünə qaytara bilər.
OXŞAR XƏBƏRLƏR