Ənvər Yavəroğlu- Qızınız son zamanlarda dəhşət zəifləyib. Dərslərində çox zəifdir.
- Necə ola bilər müəllimə?! Axı bir ay öncə siz onu tərifləyidiniz. Indidən istədiyi fakultəyi rahatlıqla qazanacağını deyirdiniz!
- Nə bilim vallah, mən sözümü deyirəm artıq siz baxın. Tədbirinizi görün.
Bəli əziz dostlar. Bu nə bir romandandı nə də ki, hansısa bir filmdən. Bu hazırda yaşadığımız bu ölkədə elə bu şəhərdə məktəblərin birində elə bu ay valideyin və müəllim arasında keçən bir dialoqdandır.
Çoxunuz deyəcəksiniz əşi gündə gördüyümüz eşitdiyimiz cümlələrdi də. Burda qeyri adi nə var ki?!
Əgər belə düşünürsünzüsə mənim də sizə deyəcək bir cümləm var:
- Taaa iki metr önünüzdədi uçurum diqqətli olun!
Mənim başım çıxmır ki, 1ci sinifdən 9cu sinifə kimi nəyə lazımdı?! Qardaş yığışdırsınlar bu sinifləri elə bir başa 9-cu sinifdən başlasınlar. 9-cu sinifdə hərfləri öyrənsinlər, 10-cu siniflə 11-i də ki, repetitorları tapsınlar sorna da tut əlimdən universitet!
Artıq elə bir hal alıb ki, 9-cu sinifdən sonra müəllim sinifdə dərs keçmir. Niyə deyə soruşmayacaqsınız bilirəm çünki cavab sizə onsuzda məlumdu. Çünki, sinifə girən müəllimə onsuzda dərsdən sonra “lazımi” şagirdlərə dərs verir. Sinifdə xalxın uşağına dərs keçməyə nə ehtiyac var. Hazırlığa getmək lazımdı mütləq! Yoxsa universitetə girməyi unut qardaş! Icazə verin bu hazırlıq məsələsini 3 hissəyə ayırım. Hazırlığa universitetə girmək üçün getmək bir neçə il bundan qabaq idi. Az müddət keçəndən sorna bu oldu dəb. Yəni hazırlığa getməyən gəncə belə bir təhər baxırdılar. Xaric olunmuş, “kuruq”a girə bilməz biri kimi. Onun da dədəsi anası, var yoxundan keçməlidi ayda 300-400 AZN təbii ki, burda hazırlıq müəlliminin insafından çox şey asılıdı tərləyib uşağını hazırlığa qoymalıdı. Dəbə uyğunlaşdırmalıdır. Indi isə yəni son və 3-cü hazırlığa getməmək “zapadlodur”! Sanki, universitetə imtahan verəndə o testlər var ha adamın üzünə duracaq! A kişi sən utanmırsan burda oturub mənə belə baxırsan?! Hazırlığıa getmisən?! Yox?! Di qələmi yerə qoy dur ayağa! Tez, tez tərk et imtahan otağını! Nə üznən gəlib e bu imtahana!
Məni qınayan sənin qınağına hörmətlə yanaşıram ciddi deyrəm. Qınağını qınamıram e səndə bunları illərid görürsən gözün öyrənib.
Yazıq dədələrimiz babalarımız özləri oturub oxuyurlarmış, həmdə ki, açıq tipli yəni bilet suallarına. Beş professorun qabağında çək bileti, danış cavabı, oğurla professorun qəlbini al beşi! Hələ bir dəfə bir böyüyümün mənə dediyi bir cümlə hələ qulağımda çınlayır: Bala əgər günəşi kitabla qarşılamırsansa onda oxumursan! Indi utanıram mən bunu kiməsə deməyə. Nə isə başa düşürəm indi hər yerdə dünyanın hər yerində belədir bizdə də belə olmalıdır olsun canınız sağ olsun. Amma vallah mənə çatmır bu repetitor məsələsi. Bu dəbi yığışdırmaq lazımdı. Uşaqlar tənbəlləşir, bağlı olurlar. Müəllim isə hələ oturub maaş davası edir. Yadıma gələli böyük tədbirlərdə qocaman müəllimlərə söz verəndə mikrofonu aparırdılar onun ayağına. O oturub danışırdı hamı isə ayaqüstə qalxırdı. O fəxr edirdi başlayırdı saymağa, filan tələbəm filan professordu, filan tələbəm filan hüquqçudu, filan tələbəm filan həkimdi. O vaxtkı müəllimin qazancə mənfəəti bu idi. Axı o şərəf andına sadiq idi! O, xalxın uşağını tərbiyələndirdiyinin, bu ölkəyə bu vətənə gələcək hazırladığının fərqində idi! Bəs indi?! Beş manat verməyən uşağa hörmət var?! Yoxdu?! Indi nə hazırlanır?! GƏLƏCƏYİN POTENSİAL DRAKULA RÜŞVƏTXORU! Baxıb fəxr edəcək! Necə öyrətmişəmsə qan içəndi e qan içən! İç qadasın alaram haqqım sənə halal olsun iç! Dayanın dayanın bir dəqiqə! Bilirəm indi başlayacaqsınız nə bilim dövlət maaşı düz-əməlli versin zad! Xahiş edirəm! Ö mövzulara girməyimə imkan verməyin! Mən hələ birinci sinif dərsliklərindən, universitet müəllimlərində danışmıram! Mən sadəcə və sadəcə 9-11ci siniflərdən danışdım. Danışdım ama deyəsən çoxunun xoşuna gəlməyəcək. Nə deyim, günəşə baxmaq çətindir. Axı o gerçəkdir! Gerçəklərdən qaçmayın müəllimlərim, əlinizdən öpürəm nolar. Mən də valideyinəm axı. Atamın canına and olsun ürəyimdə qırmızı işıq yanır! Həyəcan siqnalı beynimi bürüyüb! Yazığıq, onsuzda şeşdən beşdən gedirik! Sizdə bizi uçuruma aparmayın! Şərəfli peşənizə and verirəm!