Moldova, ABŞ və Rumıniya "Alov Qalxanı - 2024" hərbi təlimləri keçirəcək

Moldova, ABŞ və Rumıniya "Alov Qalxanı - 2024" hərbi təlimləri keçirəcək
DÜNYA
18:47 02.08.2024
151
Moldovada ABŞ və Rumıniyadan olan hərbçilərin iştirakı ilə "Alov Qalxanı - 2024” hərbi təliməri keçiriləcək.

Bu barədə "Moldova-1” telekanalı xəbər yayıb.

Bildirilib ki, avqustun 5-dən 23-dək davam edəcək manevrlərə adı çəkilən ölkələrin şəxsi heyət və hərbi texnikası cəlb olunacaq.

Artıq yerli əhali hərbi texnikanın dislokasiya dəyişikliyi ilə əlaqədar intensiv hərəkət barədə məlumatlandırılıb.
OXŞAR XƏBƏRLƏR