Moldova və Ukrayna birgə sərhəd nəzarəti həyata keçirəcəklər

Moldova və Ukrayna birgə sərhəd nəzarəti həyata keçirəcəklər
DÜNYA
18:24 22.12.2023
184
Moldova və Ukrayna yeddi sərhəd keçid məntəqəsində birgə nəzarətin təşkili barədə razılığa gəliblər.

Bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq protokol iki ölkənin nümayəndələri tərəfindən imzalanıb: "Sənəd "Briçeni – Rossoşan”, "Kriva – Mamalıqa”, "Curculeşt – Reni”, "Larqa – Kelmentsi”, "Palanka-Mayaki – Udobnoe”, "Pervomaysk – Kuçurqanı” və "Platonovo – Yeni Qoyanı" keçid məntəqələrində birgə nəzarətin təşkilini nəzərdə tutur".

Qeyd edilib ki, bənzər təcrübə artıq iki ölkənin bəzi sərhəd məntəqələrində tətbiq olunur.
OXŞAR XƏBƏRLƏR