İtaliyanın “United Colorsof Benetton” geyim firması yeni reklam kampaniyası üçün fotolar yayımlamağa başlayıb. AZXEBER.COM portalının məlumatına görə, fotolardan biri böyük əks-sədaya səbəb olub. Beləki, kampaniyadakı fotoların birində fotomontajla Əzhər Universitetinin məscidinin imamı Əhmədəl Tayyiplə Papa16.Benediktin dodaq-dodağa rəsimləri yayılıb.
Reklam kampaniyasının sloqanı “Nifrət etmə” adlanır və bununla da zaman-zaman aralarında problem olan, heç yola getməyən siyasətçilərin bir-biri ilə öpüşərkən şəkilləri yayımlanıb.
Bununla yanaşı, ABŞ lideri Barak Obamanın ilk şəkildə çinli həmkarı Hu Jintaoyla, ikinci şəkildə isə Venesuela prezidenti Uqo Çaveslə dodaq-dodağa öpüşdüyü görünür. Almaniya Baş naziri Angela Merkel isə Fransa prezidenti Nikolya Sarkozi ilə öpüşüb.